Bank Of Baku

Moskvada hündürmərtəbəli yaşayış binasında yanğın olub, 12 nəfər xilas edilib - VİDEO

Moskvada hündürmərtəbəli yaşayış binasında yanğın olub, 12 nəfər xilas edilib - VİDEO
# 29 yanvar 2022 23:06 (UTC +04:00)

Moskvanın cənubunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğından biri uşaq olmaqla 12 nəfər xilas edilib.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə Moskvanın Dorojnaya küçəsi, ev 28, bina 1-də yerləşən 12 mərtəbəli binanın 9-cu mərtəbəsində baş verib. Yanğın 50 kvadratmetr sahəni əhatə edib.

Xilas edilənlər həkim nəzarətinə götürülüb.

Yanğın lokallaşdırılıb və söndürülüb.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR