Moskvada iki qohumunu öldürən şəxs sonra intihar edib

Moskvada iki qohumunu öldürən şəxs sonra intihar edib
# 10 fevral 2022 18:37 (UTC +04:00)

Moskvanın şimalında kişi mənzildə iki qohumunu öldürüb və daha sonra intihar edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Moskva şəhər prokurorluğunun Telegram kanalında məlumat yayılıb.

Beskudnikovski bulvarında yerləşən yaşayış binasındakı mənzildə kişi və qadın meyitləri aşkar edilib. Onların bıçaq xəsarətləri aldığı məlum olub.

O da məlum olub ki, həmin mənzildə qohumlar yaşayıb və onların arasında məişət zəminində münaqişə baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin meyiti evin yaxınlığında tapılıb, o, intihar edib.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, qətli törədən şəxs öldürülən kişinin oğludur.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (iki və ya daha çox şəxsin öldürülməsi) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR