Rusiya paytaxtında İnterpolun 10 ildir axtardığı şəxs saxlanılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, saxlanılan şəxs Ernest Qammer adlı Rusiya vətəndaşıdır.
Məlum olub ki, o, Estoniya paytaxtı Tallində gecə klubuna gələn ziyarətçiyə bıçaqla hücum etməkdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib, lakin Qammer istintaqdan gizlənə bilib.
O, 2013-cü ildə Estoniyanın tələbi ilə beynəlxalq axtarışa verilib.
Cinayətkar Moskvanın mərkəzində saxlanılıb, hazırda polis onunla işləyir