Moskvanın iri ticarət mərkəzlərindən olan “Gran Plus”da yanğın başlayıb.
APA-nın “news.ru”ya istinadən xəbərinə görə, alovlanma Bibiryovo rayonundakı mərkəzin mağazasında başlayıb.
Sosial şəbəkələrdə yayılan kadrlarda ətrafı qara tüstünün bürüdüyü əks olunub.
Hələlik zərərçəkənlərlə bağlı məlumat yoxdur.