Rusiya polisi Moskvanın mərkəzində Ukrayna ilə müharibənin əleyhinə icazəsiz aksiyanın 600 iştirakçısını saxlayıb. Saxlanılan şəxslər ictimai asasiyişi pozmaqda təqsirləndirilir.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Müxtəlif ictimai asayiş pozuntularına görə 600 nəfər aksiya iştirakçısı saxlanılaraq ərazi üzrə polis şöbələrinə aparılıb. Onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək", -deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Rusiyanın Daxili İşlər Nazirliyi, Prokurorluq və İstintaq Komitəsi icazəsiz aksiyalarda iştirak edənlərin cinayət məsuliyyətinə qədər cəlb oluna biləcəkləri ilə bağlı xəbərdarlıq yayıb.