Bank Of Baku

Moskvada koronavirusa qarşı məhdudiyyətlər yumşaldılıb

Moskvada koronavirusa qarşı məhdudiyyətlər yumşaldılıb
# 03 mart 2022 10:28 (UTC +04:00)

Moskvada koronavirus pandemiyası ilə bağlı kütləvi əyləncə, idman, muzey və teatrlara tətbiq edilən “QR kod” tələbi ləğv edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda bildirib.

O, məhdudiyyətlərin bir hissəsinin ləğvini virusa yoluxanların sayının azalması və epidemioloji vəziyyətin nəzarətə alınması ilə əlaqələndirib.

Mer həmçinin, yaşı 60-dan yuxarı olan Moskva sakinlərinin ev rejimində olmaları barədə qaydaların daha məcburi olmadığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR