Bank Of Baku

Moskvada Korrupsiya ilə Mübarizə Fondunun 8 əməkdaşı saxlanılıb

Moskvada Korrupsiya ilə Mübarizə Fondunun 8 əməkdaşı saxlanılıb
# 06 sentyabr 2019 06:17 (UTC +04:00)

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Korrupsiya ilə Mübarizə Fondunun (KBF) Moskva qərargahında aparılan axtarış zamanı 8 nəfəri saxlayıblar.

APA xəbər verir ki, bu barədə "TASS"-a həbs olunanlara hüquqi yardım göstərən vəkil Tatyana Molokanova məlumat verib.

"Məndə olan məlumata görə, səkkiz məhbus Moskvanın Meşanski rayonundakı polis şöbəsinə aparılıb. İndi saxlanılmanın səbəbini araşdırmaq üçün ora gedirəm",- deyə vəkil bildirib.

Öz növbəsində KBF ilə əməkdaşlıq edən vəkil Vladimir Voronin fondun paytaxtdakı qərargahında aparılan istintaq hərəkətlərinin hələ başa çatmadığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR