Moskvada KTMT-nin yubiley sammiti keçiriləcək

Moskvada KTMT-nin yubiley sammiti keçiriləcək
# 12 may 2022 14:13 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammiti mayın 16-da Moskvada keçiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O, liderlərin işçi nahar formatında ümumi və ayrı-ayrılıqda görüş keçirəcəyini əlavə edib.

Sammitin yekununda təşkilatın Baş katibi Stanislav Zas və KTMT-ya sədrlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat üçün bəyanat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR