Bank Of Baku

Moskvada kütləvi tədbirlər ləğv edilib

Moskvada kütləvi tədbirlər ləğv edilib
# 24 iyun 2023 10:33 (UTC +04:00)

Moskvada antiterror rejimi ilə əlaqədar əvvəlcədən elan edilmiş kütləvi tədbirlər ləğv edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, bütün şəhər xidmətləri tam işləyir, şəhər ətrafında hərəkətdə çətinlik yoxdur.

Moskva Nəqliyyat Departamenti Moskvadan cənuba doğru regionlararası avtobusların mümkün gecikmələri və ləğvi barədə xəbərdarlıq edib. Tula vilayətində Moskva və Lipetsk vilayətlərindən tranzit gediş-gəliş müvəqqəti olaraq məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR