Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ arasında görüş başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.
Qeyd edək ki, Van İ fevralın 21-dən Rusiya paytaxtında səfərdədir. Dünən onun Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü keçirilib