Moskvada miqrantlar arasında dava baş verib, ölən və yaralananlar var - VİDEO

Moskvada miqrantlar arasında dava baş verib, ölən və yaralananlar var - VİDEO
# 21 may 2024 21:49 (UTC +04:00)

Moskvanın cənubunda kütləvi dava baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, hadisə Qərbi Biryulevo rayonunda qeydə alınıb.

Miqrantlar arasında baş verən dava zamanı odlu silahdan istifadə olunub.

Hadisə şəhidlərinin bildirdiyinə görə, bir nəfər atəş nəticəsində ölüb.

Ölən şəxsin avtomobilə qoyularaq hadisə yerindən uzaqlaşdırıldığı bildirilib.

"112" teleqram kanalı öz mənbələrinə istinadən bildirib ki, atışma zamanı dörd nəfərin yaralandığı barədə məlumat yayıb.

Hazırda polis kütləvi davanın iştirakçılarını axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR