Moskvada miqrantlar arasında kütləvi dava baş verib

Moskvada miqrantlar arasında kütləvi dava baş verib
# 05 mart 2024 13:53 (UTC +04:00)

Rusiya paytaxtında miqrantlar arasında kütləvi dava baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın Solntsevo rayonunda yerləşən "Luçi" yaşayış kompleksində mühafizəçilərlə inşaatda çalışan fəhlələr arasında kütləvi davada Orta Asiyadan olan miqrantlar iştirak ediblər.

Kütləvi dava zamanı xəsarət alanların olduğu bildirilib.

Hazırda Moskva polisi tikintinin getdiyi ərazidə baş verən insidenti araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR