Bank Of Baku

Moskvada oteldə baş verən yanğında 7 nəfər ölüb - YENİLƏNİB-1

Moskvada oteldə baş verən yanğında 7 nəfər ölüb - YENİLƏNİB-1
# 22 fevral 2023 07:56 (UTC +04:00)

Moskvada oteldə baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya FHN məlumat yayıb. Yanğında 11 nəfər xəsarət alıb.

***

01.16

Moskvanın mərkəzində oteldə yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, onlardan ikisi uşaqdır.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

300 kvadratmetr sahədə yanğın tam söndürülüb.

Bildirilib ki, yanğın otelin beşinci mərtəbədə, oteldə qalan şəxs əşyalarını yandırdığı üçün başlayıb.

***

00.34

Moskvada oteldə baş verən yanğında 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya FHN məlumat yayıb.

Yanan binadan 200 nəfər təxliyə edilib.

REN TV- nin xəbərinə görə, yanğın sakinlər arasında mübahisədən sonra qəsdən törədilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR