Bank Of Baku

Moskvada polis gücləndirilmiş iş rejiminə keçir

Moskvada polis gücləndirilmiş iş rejiminə keçir
# 19 oktyabr 2023 15:37 (UTC +04:00)

Dünyada müsəlmanlarının kütləvi etirazları ilə əlaqədar Moskva və Moskva vilayətində polis gücləndirilmiş iş rejiminə keçir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, gücləndirilmiş iş rejimi bu gündən növbəti xəbərdarlığa, xüsusi sərəncama qədər tətbiq edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının regionu tərk etməsi qadağan edilib, növbələrin davam müddəti 12 saata qədər artırılıb.

Qeyd olunub ki, polis rəhbərliyi Fələstində baş verən hadisələrə görə Moskvada müsəlmanların mümkün etirazlarına belə hazırlaşır.

Xatırladaq ki, son iki gündə onlarla ölkədə müsəlmanları etiraz mitinqləri keçirilib. Nəticədə mitinq iştirakçıları ilə yerli hakimiyyət orqanları, polis arasında toqquşmalar baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR