Bank Of Baku

Moskvada Putin və Japarov arasında görüş keçirilib

Moskvada Putin və Japarov arasında görüş keçirilib
# 08 may 2023 15:41 (UTC +04:00)

Moskvada Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin-Japarov danışıqları Kremldə keçirilir.

Görüşün protokol hissəsində prezidentlər çıxış ediblər. Daha sonra Rusiya-Qırğızıstan hökumətlərarası komissiyasının hər iki tərəfdən həmsədrlərinin məruzələri dinlənilib.

Qeyd edək ki, Qırğızıstan prezidenti bu gün Rusiyaya rəsmi səfər edib. İki gün davam edəcək səfər çərçivəsində Japarov mayın 9-da Qırmızı Meydanda keçiriləcək faşizm üzərində Qələbənin 78-ci ildönümünə həsr olunan Qələbə Paradına da qatılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR