Moskvada Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında görüş başlayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Putin-Makron danışıqları Kremldə keçirilir.
Qeyd edək ki, Fransa Prezidenti bu gün Rusiyaya işgüzar səfərə gəlib.