Bank Of Baku

Moskvada Putinlə Avstriya Kansleri arasında danışıqlar olub - YENİLƏNİB

Moskvada Putinlə Avstriya Kansleri arasında danışıqlar olub - YENİLƏNİB
# 11 aprel 2022 18:54 (UTC +04:00)

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Avstriya Kansleri Karl Nehammer arasında danışıqlar başa çatıb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Kanslerin sözçüsü Etyen Berhold məlumat verib.

O, danışıqların 75 dəqiqə davam etdiyini əlavə edib.

***

17:16

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Avstriya Kansleri Karl Nehammer arasında danışıqlar başlayıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat katibi Dmitri Peskova istinadən verdiyi məlumata görə, danışıqlar artıq başlayıb.

Rusiya Prezidentinin Moskva vilayətindəki iqamətgahında keçirilən görüşdə Ukrayna ətrafındakı vəziyyət müzakirə olunur.

Peskovun bildirdiyinə görə, Avstriya tərəfinin xahişi ilə Putin-Nehammer danışıqları qapalı rejimdə keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR