Moskvada qar yağması səbəbindən aviareyslər təxirə salınıb

Moskvada qar yağması səbəbindən aviareyslər təxirə salınıb
# 03 dekabr 2023 14:33 (UTC +04:00)

Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda qar yağması səbəbindən 15 reys təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Yandex Schedule xidmətinin məlumat yayıb.

Qeyd olunur ki, daha dörd reys ləğv edilib. Vnukovoda altı reys gecikib, daha iki reys ləğv edilib, Domodedovoda üç reys gecikib, daha iki reys isə ləğv edilib. Şeremetyevoda 6 reys gecikib.

Bundan əvvəl moskvalılara bazar günü, dekabrın 3-də güclü qar yağacağı və çovğunla bağlı xəbərdarlıq edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR