Bank Of Baku

Moskvada qarın hündürlüyü 19 sm-ə çatıb - FOTO

Moskvada qarın hündürlüyü 19 sm-ə çatıb  - FOTO
# 14 dekabr 2022 13:17 (UTC +04:00)

Moskvada qar örtüyünün hündürlüyü 16-19 santimetrə çatıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib.

“Moskvada anomal qar yağması nəticəsində VDNX-dakı baza meteoroloji stansiyasında qar yığınlarının hündürlüyü 5-dən 16 santimetrə, Tuşinoda 18 santimetrə, Balçuqda isə 19 santimetrə qədər artıb. Bu, dekabrın sonu və yanvarın əvvəlinin iqlim göstəriciləridir”, deyə Tişkovets vurğulayıb.

O qeyd edib ki, Moskva vilayətində ən yüksək qar örtüyü Mojaysk və İstra rayonlarında 24 santimetr, Çerusti və Kolomnada - 26 santimetr təşkil edib.

Qeyd edək ki, dünən axşam satlarından başlayaraq fasiləsiz olaraq Moskva və ətrafına güclü qar yağıb. Yağıntı hələ də davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR