Moskvada Rusiya və Çin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Sergey Lavrov və Van İ sentyabrın 18-də danışıqlar aparacaqlar. Rusiya XİN sözçüsü danışıqlarda ikitərəfli münasibətlərin, beynəlxalq gündəmdə duran məsələlərin, eləcə də Ukrayna münaqişəsinin müzakirə olunacağını söyləyib.