Bank Of Baku

Moskvada Rusiya və Çin XİN başçılarının görüşü keçiriləcək

Moskvada Rusiya və Çin XİN başçılarının görüşü keçiriləcək
# 28 mart 2025 11:49 (UTC +04:00)

Aprelin 1-də Moskvada Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla Rusiyada rəsmi səfərdə olacaq Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında görüş keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki Rusiya və Çinin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin mövzularını, o cümlədən ən yüksək və ali səviyyələrdə təmasları, həmçinin beynəlxalq gündəmdəki ən aktual məsələləri, o cümlədən Ukrayna ətrafında böhranın həlli perspektivlərini müzakirə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR