İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radan Rusiyaya səfər edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Radan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.
Görüşdə Rusiya və İran xüsusi xidmət orqanları arasında əməkdaşlıq müzakirə olunub.