Moskvada "Salyut" zavodunda yanğın baş verib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, zavodun yanar natriumun saxlandığı laboratoriya yanıb.
Zavodun yerləşdiyi Plexanov küçəsindəki binadan insanlar təxliyə edilib.
Qeyd edək ki, "Salyut" zavodunda gəmi radarları istehsal olunur. 2022-ci ildən zavod ABŞ sanksiyaları altındadır.