Bank Of Baku

Moskvada strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələri keçirilir

Moskvada strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələri keçirilir
# 19 sentyabr 2023 11:44 (UTC +04:00)

Moskvada strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələrinin 18-ci raundu başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskva-Pekin məsləhətləşmələrində iki ölkənin nazirlik və qurumlarının nümayəndələrinin iştirak edirlər. İclasa Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van İ rəhbərlik edirlər.

Qeyd edək ki, Van İ sentyabrın 18-də Moskvaya səfər edib. O, dünən rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR