Bank Of Baku

Moskvada tətbiq edilən əks-terror əməliyyatı rejimi ləğv edilib

Moskvada tətbiq edilən əks-terror əməliyyatı rejimi ləğv edilib
# 26 iyun 2023 10:50 (UTC +04:00)

Rusiya paytaxtında tətbiq edilən əks-terror əməliyyatı rejimi ləğv edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva meri Sergey Sobyanin özünün Telegram kanalında əks-terror əməliyyatı rejimi ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlərin götürüldüyünü elan edib.

“Biz əks-terror əməliyyatı rejiminin tətbiqi ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırırıq” deyən Sobyanin paytaxt sakinlərinə “sakitlik və anlayışa görə” təşəkkürünü bildirib.

Paytaxt meri əlavə edib ki, iyulun 1-də məktəblilər üçün buraxılış mərasimi keçiriləcək.

Moskva regionu ilə yanaşı Voronej vilayətində də tətbiq olunan əks-terror əməliyyatı rejimi ləğv olunub.

Qeyd edək ki, əks-terror əməliyyatı rejimi iyunun 24-də "Vaqner" rəhbəri Yevgeni Priqojinin hərbi qiyam cəhdi fonunda tətbiq edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR