Moskvanın "Kiyevski" vağzalına bomba qoyulması barədə anonim məlumat daxil olub. APA-nın Moskva müxbiri xəbər verir ki, məlumat daxil olan kimi vağzal ərazisi təxliyə olunub.
Hüquq-mühafizə orqanlarından bildirilib ki "Kiyevski" vağzalına bomba qoyulması ilə bağlı anonim məlumat Ukrayna ərazisindən daxil olub.
Moskva Dəmir Yollarının mətbuat xidmətindən bizə bildiriblər ki, hazırda vağzal ikinci, üçüncü və dördüncü girişlərdən sərnişinlər üçün giriş açıqdır.