Bank Of Baku

Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO

Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO
# 07 may 2025 20:09 (UTC +04:00)

Mayın 5-7-də Moskvada Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) onuncu iclası keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclas zamanı Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması üsulları müzakirə olunub. Eyni zamanda tərəflər Xəzər dənizində əməkdaşlığa nəzər salıb və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə ediblər.

Ölkə nümayəndələri danışıqların nəticələrini müsbət qiymətləndirib və yüksək təşkilatçılıq səviyyəsinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

İşçi Qrupun növbəti iclasının diplomatik kanallar vasitəsilə razılaşdırılmış vaxtda Türkmənistanda keçiriləcəyi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR