Bank Of Baku

Moskvada XIX əsrdən sonra ən güclü leysan qeydə alınıb

Moskvada XIX əsrdən sonra ən güclü leysan qeydə alınıb
# 26 iyul 2023 22:49 (UTC +04:00)

İyulun 26-da Moskvada 19-cu əsrin sonundan bəri ən güclü leysan qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə paytaxtın kommunal xidmətlər kompleksinin Telegram kanalında məlumat verilib.

“Meteoroloqların fikrincə, 19-cu əsrin sonlarından bəri ən güclü leysan bu gün paytaxtda yağıb. Bir neçə saat ərzində 46 millimetrə qədər yağıntı düşüb”, - məlumatda deyilir.

Əvvəlki rekord 1894-cü il iyulun 26-da qeydə alınıb. Həmin gün 42,5 millimetr yağış yağıb.

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə güclü yağışlar davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR