Moskvada yeraltı kollektorda 5 nəfərin ölümü ilə nəticələnən qanunsuz ekskursiya ilə bağlı cinayət işi açılıb.
APA xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğu məlumat yayıb.
Qanunsuz ekskursiyanın təşkilində şübhəli bilinən 3 bələdçi barədə axtarış elan edilib.
***
21.12
Daha bir qadının meyiti Moskva çayından çıxarlıb.
APA xəbər verir ki, söhbət, Moskva yaxınlığında kollektorda gəzinti zamanı ölən beşinci qadından gedir.
Artıq əvvəlki siyahıdakı qarışıqlıq aradan qaldırılıb. Eyni zamanda, hazırda ekskursiyada neçə nəfərin iştirak etdiyi hələlik məlum deyil.
***
12.39
Moskva şəhərinin altındakı su-kanal sistemində ekskursiya zamanı ən azı 5 nəfər itkin düşüb.
APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Ehtimal olunur ki, onları Moskvada güclü leysan zamanı su axını aparıb, çünki leysandan sonra qrupla əlaqə kəsilib və itkin düşənlərin yaxınları polisə müraciət edib.
Məlumata əsasən, indiyə qədər iki nəfərin meyitini tapmaq mümkün olub, onların cəsədləri Moskva çayından çıxarılıb.
Hazırda digər itkin düşənlərin axtarışları davam etdirilir.