Moskvanın “Domodedovo” və “Vnukovo” hava limanları fəaliyyətini bərpa edib.
APA-nın xəbərinə görə, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, dron hücumuna cəhddən sonra Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanları normal rejimdə işləyir.
***
saat 04.25
Moskvanın Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.
APA xəbər verir ki, bu barədə TASS-a aviasiya xidmətlərindən məlumat verilib.
“Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, - mənbə bildirib.
Belə ki, "Flightradar" xidmətinin məlumatına görə, təyyarələr Şeremetyevoya yönləndirilib, bəzi təyyarələr Ryazan vilayətində gözləmə zonasındadır.