Bank Of Baku

Moskvanın "Kursk" vağzalı bomba təhlükəsi səbəbindən boşaldılıb

Moskvanın "Kursk" vağzalı bomba təhlükəsi səbəbindən boşaldılıb
# 01 aprel 2024 17:59 (UTC +04:00)

Moskvada yerləşən "Kursk" vağzalına bomba qoyulması barədə anonim zəng daxil olub.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bundan sonra vağzaldakı insanlar binadan təxliyə edilib.

Əraziyə minaaxtaran və xilasedicilərin cəlb olunduğu bildirilib.

Moskva Polisindən qeyd olunub ki, axtarış-xilasetmə tədbirlərinin nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR