Bank Of Baku

Moskvanın şimalında iki başsız kişi meyiti tapılıb - YENİLƏNİB

Moskvanın şimalında iki başsız kişi meyiti tapılıb - YENİLƏNİB
# 12 sentyabr 2023 15:23 (UTC +04:00)

Moskvada baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Cəsədi tapılan şəxslərdən biri Mərkəzi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped həkimi Dorjo Ayuşeyev olub. Ayuşeyev digər kişi meyitinin tapıldığı parkın yaxınlığında, Festivalnaya küçəsində yeni tikilidə yaşayırdı.

Hazırda müstəntiqlərin versiyasına görə, hər iki şəxsin qətli həkimin mənzilində baş verib və sonradan cəsədin biri parka aparılıb.

***

15:15

Rusiyanın paytaxtı Moskva şəhərinin şimalında iki nəfər kişinin başsız meyitləri tapılıb.

APA xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, cəsədlərdən biri ilk olaraq bu gün səhər “Reçnoy vokzal” parkında tapılıb. Digəri isə eyni xəsarətlərlə paytaxtın şimalındakı Festivalnaya küçəsindəki mənzildə tapılıb.

Məlumatda həmçinin deyilir ki, qətlə yetirilən hər iki şəxs Asiya mənşəlidir və müstəntiqlər bu qətllərin əlaqəli olub-olmadığını araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR