Bank Of Baku

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib
# 14 oktyabr 2026 00:54 (UTC +04:00)

Ukrayna Moskvaya kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində hərəkət edən 20 PUA-nı vurub.

Mer qeyd edib ki, dronların qalıqlarının düşdüyü ərazilərdə təcili xidmət əməkdaşları fəaliyyət göstərirlər.

Hücumla əlaqədar Moskvanın Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Vnukovo hava limanındakı məhdudiyyətlər səbəbindən Türkiyədən Moskvaya uçan 10 təyyarə marşrutunu dəyişmək məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR