44 günlük müharibədə ölən erməni hərbçilərin bəzilərinin qalıqları hələ də basdırılmayıb.
APA xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə müsahibəsində deyib.
Qalıqların bir qismi DNT ekspertizasından keçib, sonra təkrar xaricdə ekspertizaya göndərilib, lakin yaxınları ekspertizanın nəticələrini tanımaqdan imtina ediblər.
Avanesyan qalıqların məxsus olduğu insanların adını çəkməyib.
Xatırladaq ki, bu ilin fevral ayında Ermənistan müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan şəxsiyyəti müəyyən edilmiş 80-dən çox hərbçinin qalıqları hələ də respublikanın morqlarında olduğunu bəyan etmişdi.