Bank Of Baku

Murmansk vilayətinin qubernatoru regiona PUA hücumunu təsdiqləyib

Andrey Çibis

© APA | Andrey Çibis

# 01 iyun 2025 16:10 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Murmansk vilayətinə PUA hücumu olub.

APA xəbər verir ki, Murmansk vilayətinin qubernatoru Andrey Çibis regiona PUA-ların hücumunu təsdiqləyib.

"Murmansk vilayətinin ərazisinə düşmən PUA-ları hücum etdi, hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir", – deyə Çibis bildirib.

İrkutsk və Murmansk vilayətlərində hərbi aerodromlara hücum edildi

İrkutsk və Murmansk vilayətlərində PUA-lar hərbi aerodromlara hücum təşkil ediblər. Məlumata görə, PUA-lar hücumdan əvvəl park edilmiş yük maşınlarından havaya qalxıblar. Ölçülərinə görə, bunlar FPV-kamikadze dronlarıdır.

Böyük Britaniyanın BBC nəşri, Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinad edərək, bu əməliyyatın "Pautina" adlandırıldığını bildirib. Əməliyyatın mahiyyəti yük maşınlarının içərisində quraşdırılmış buraxılış qurğularından FPV dronlarının havaya buraxılması olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR