Vaşinqton prezident seçkiləri ərəfəsində Rusiya Federasiyasında daxili siyasi vəziyyəti sarsıtmaq üçün ən kiçik fürsətdən istifadə edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Onun sözlərinə görə, ABŞ prezident seçkiləri öncəsi Rusiyada “beşinci kolon”un özəyini yaratmaq üçün Amerika mübadilə proqramlarının məzunları ilə işi gücləndirmək niyyətindədir.