Genişmiqyaslı hərbi münaqişə mümkündür.
APA-nın Moskva müxbiri xəbər ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Federasiya Şurasında çıxışında deyib.
Onun sözlərinə görə, əgər Qərb bloku bunu faydalı və təhlükəsiz hesab etsə, genişmiqyaslı hərbi münaqişə mümkündür.
O bildirib ki, Avroatlantika tərəfdarı olan bir sıra siyasətçilər silahlı toqquşmanı Qərbin öz hegemonluğunu saxlamaq imkanı kimi anlayır. Narışkinin sözlərinə görə, Qərbdə hələ də irihəcmli müharibənin yaradacağı təhlükəni yetərincə qavrayan siyasətçilər var.
Xidmətin rəhbəri onu da əlavə edib ki, Xarici Kəşfiyyat Xidməti tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə birgə hadisələrin gedişatını və irihəcmli hərbi münaqişənin yaranma risklərini diqqətlə izləyir və hətta qeyri-dost ölkələrin analoji xidmətləri ilə də mütəmadi əlaqə saxlayır.