Narışkin: “NATO Rusiya və Belarusa qarşı hibrid müharibə aparır”

Narışkin: “NATO Rusiya və Belarusa qarşı hibrid müharibə aparır”
# 07 iyul 2022 17:17 (UTC +04:00)

NATO-nun siyasəti beynəlxalq təhlükəsizliyə əsas təhdid və sabitliyi pozan amildir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

"Son 30 il göstərdi ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi NATO blokunun kifayət qədər aqressiv siyasəti, yəqin ki, beynəlxalq təhlükəsizliyə əsas təhdididir, sabitliyi pozan əsas amildir", - deyə SVR-in direktoru vurğulayıb

Narışkin onu da qeyd edib ki, bu yaxınlarda Madriddə keçirilən NATO Sammiti “maskaların atıldığını” göstərdi: “Bizim üçün aydındır ki, NATO bloku həm Rusiyaya, həm də müttəfiqimiz Belarus Respublikasına qarşı demək olar ki, hibrid müharibə aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR