Bank Of Baku

Narışkin: Qərb Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa inandırmağa çalışır

Sergey Narışkin

© APA | Sergey Narışkin

# 04 aprel 2023 14:02 (UTC +04:00)

Qərb Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açılmasının zəruriliyinə inandırmağa çalışır.

APA xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Narışkin sözlərinə görə, Qərb Tbilisini inandırmaq istəyir ki, hazırda Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqamdır: “Qərb ölkələri Tbilisini, Ukraynadakı hadisələrdən istifadə edərək, Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasının zəruriliyinə inandırmağa çalışır və biz Vaşinqtonun, Brüsselin, Londonun bu istiqamətdəki israrlı cəhdlərini görürük”.

Narışkin onu da bildirib ki, döyüş meydanında vəziyyət Rusiyanın xeyrinədir: “Qərb ölkələri görürlər ki, döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR