Keçmişdəki nailiyyətlər hərbi qiyama haqq qazandırmır.
APA xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
Narışkin hərbi qiyama cəhdi ən dəhşətli cinayət adlandırıb.
Onun sözlərinə görə, cəmiyyəti silkələmək, qardaş qırğınına səbəb olan vətəndaş müharibəsini alovlandırmaq cəhdi uğursuzluğa düçar olub: "Rusiya vətəndaş cəmiyyəti yetkinlik nümayiş etdirdi".