Tezliklə Bolqarıstanda NATO-nun yeni hərbi bazasının tikintisinə başlanılacaq. Onun ərazisində kazarmalar və avadanlıqların saxlanması üçün binalar, eləcə də inkişaf etmiş yol şəbəkəsi olacaqdır. NATO bazasının tikintisinin dəyərinin 51 milyon avroya başa gələcəyi bildirilir.
APA-nın BTA-ya istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın müdafiə naziri Todor Taqarev deyib.
Bildirilir ki, NATO-nun yeni bazası ölkənin cənub-şərqində, Yambol bölgəsində yerləşəcək. Müdafiə nazirinin sözlərinə görə, hələlik tikintinin dəqiq yeri ilə bağlı qərar verilməyib. Buna baxmayaraq, onun tikintisi 2025-ci ilə qədər başa çatmalıdır.