Nazarbayevin bacısı oğlunun cinayət işi üzrə Qazaxıstana 1 mlrd. dollardan çox pul qaytarılıb

Nazarbayevin bacısı oğlunun cinayət işi üzrə Qazaxıstana 1 mlrd. dollardan çox pul qaytarılıb
# 31 may 2023 16:55 (UTC +04:00)

Qazaxıstanın hüquq-mühafizə orqanları birinci prezident Nursultan Nazarbayevin bacısı oğlu Kayrat Satıbaldıyuluna qarşı iş çərçivəsində ölkədən qanunsuz çıxarılan 464 milyard tengedən çox (1 milyard dollardan çox) vəsaiti ölkəyə qaytarıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Qazaxıstan məhkəməsi mənimsəmə işi üzrə Kayrat Satybaldyulini 6 il müddətinə azadlıqdan məhrum edib. Martın 13-də Respublikanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti onu vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom”un vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR