Bank Of Baku

Nazarbayevin qardaşı oğlu məhkəmədə çirkli pulların yuyulması ilə bağlı təqsirini etiraf edib

Nazarbayevin qardaşı oğlu məhkəmədə çirkli pulların yuyulması ilə bağlı təqsirini etiraf edib
# 01 aprel 2024 15:31 (UTC +04:00)

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı çirkli pulların yuyulması ilə bağlı təqsirini etiraf edib.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, məhkəmə prosesinə onlayn rejimdə qoşulan K.Satıbaldı həmçinin, cinayət işinin digər epizodları üzrə də məsuliyyət daşıdığını bildirib.

Müdafiə tərəfi müttəhimin etirafını və dövlətə dəyən ziyanın ödənilməsini yüngülləşdirici hal olaraq nəzərə almağı xahiş edib.

Proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, 2022-ci ilin martında həbs olunan Kayrat Satıbaldı həmin ilin sentyabrında 6 il həbs cəzasına məhkum edilib.

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR