Bank Of Baku

Nazir: Finlandiya Rusiya ilə sərhədi açmaq niyyətində deyil

Nazir: Finlandiya Rusiya ilə sərhədi açmaq niyyətində deyil
# 09 yanvar 2024 23:32 (UTC +04:00)

Finlandiya yanvarın 14-dən sonra Rusiya ilə sərhəd keçid məntəqələrinin fəaliyyətini bərpa etmək niyyətində deyil.

APA-nın məlumatına görə, bu sözləri ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen MTV3 telekanalının efirində deyib.

"Vəziyyət sərhədi yenidən tamamilə bağlamağımızı tələb edir" - Rantanen bildirib.

Onun sözlərinə görə, sərhəddə miqrantlarla bağlı vəziyyətdə heç bir dəyişiklik yoxdur. Buna görə də, “Rusiyanın bu cür fəaliyyətə davam etməsi” riski hələ də mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR