Ermənistan konyakının Rusiyaya ixracı ilə bağlı problemlər aradan qaldırılıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, Ermənistan mallarının Rusiyaya ixracında heç bir süni maneə yoxdur:
“Rusiya və Ermənistan arasında ticarət əməliyyatları adi qaydada həyata keçirilir. Rusiya ilə ticarət əlaqələri Ermənistan üçün son dərəcə vacibdir. Ermənistan hökuməti bu əlaqələri inkişaf etdirməyə və eyni zamanda, ixrac bazarlarını genişləndirməyə davam edir”, - Kerobyan qeyd edib.