Bank Of Baku

“Nezavisimaya qazeta”: Moskva ilə ziddiyyətlər Ermənistanın hərb meydanına çevrilməsinə gətirib çıxara bilər

“Nezavisimaya qazeta”: Moskva ilə ziddiyyətlər Ermənistanın hərb meydanına çevrilməsinə gətirib çıxara bilər
# 13 fevral 2023 13:04 (UTC +04:00)

Moskva ilə İrəvan arasındakı ziddiyyətlər Ermənistan Respublikasının hərb meydanına çevrilməsinə gətirib çıxara bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində dərc olunan, şərhçi Yuri Roksun müəllifi olduğu “İrəvan Qərblə Rusiya arasında ziddiyyətlər içində boğulub” (“Ереван увяз в противоречиях между Западом и Россией”) adlı məqalədə bildirilib.

Cənubi Qafqazdakı vəziyyətə həsr olunan məqalədə qeyd olunub ki, Rusiya Ermənistan liderlərinin Avropa İttifaqı nümayəndələrinin Azərbaycanla sərhəddə yerləşməsi ehtimalını əsaslandıran bəyanatlarını inandırıcı hesab etmir.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Aİ missiyasının digər məsələlərlə yanaşı, Rusiya və Ermənistan qoşunlarının hərəkətini izləməyə çağırıldığı barədə dediyi sözlər, Rusiya Federasiyasının nümayəndələri tərəfindən açıq çaşqınlıq və qıcıqla qarşılanıb.

Aİ missiyasının tamamilə mülki olmaya biləcəyi xəbərləri isə bu oda yağ töküb. Deyirlər ki, missiyada fransız jandarmının qrupu iştirak edəcək”, - müəllif bildirib.

Bundan əlavə, nəşr Rusiyanın siyasi dairələrində Ermənistan hakimiyyətinin geosiyasi dönüşə hazır olduğuna dair şübhələrin möhkəmləndiyini də bildirib.

Ermənistan-KTMT münasibətlərinə toxunan müəllif qeyd edib ki, İrəvanla təşkilat arasında çətin münasibətlərdən danışmaq artıqdır: “İrəvan Belarus Prezidenti Aleksandr Lukaşenkodan məsləhətlər alıb, bunun mənası Bakının bütün tələblərini təmin etmək zərurətidir”.

Nəşr yazır ki, bu gün Rusiya ilə Qərb arasında geosiyasi toqquşma iki nöqtədə gedir: “Suriya və Ukraynada. Ermənistanın üçüncü ola biləcəyi təhlükəsi var. Ciddi problem ondan ibarətdir ki, İrəvan diplomatik meydançada artıq Qərblə Moskva arasında ziddiyyətlər müstəvisinə düşüb. Moskva ilə İrəvan arasındakı ziddiyyətlər Ermənistan Respublikasının hərbi meydançaya çevrilməsinə gətirib çıxara bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR