Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici işlər nazirliyi məlumat yayıb.
Bildirilib ki, N. Paşinyanı hava limanında xarici işlər naziri, Baş nazirin müavini David Zalkaliani qarşılayıb.
Səfər çərçivəsində Gürcüstan və Ermənistan baş nazirləri arasında təkbətək və geniş tərkibdə görüşlər baş tutacaq, daha sonra mətbuata birgə açıqlama veriləcək.
N. Paşinyanın Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşü planlaşdırılıb. Səfərin sentyabrın 9-da başa çatacağı bildirilib.