Rusiya və Belarus səfirləri Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət edilməyib.
APA xəbər verir ki, bu barədə Nobel Fondunun yaydığı məlumatda qeyd olunub.
Belə bir qərarın Ukraynadakı hərbi münaqişə səbəbindən verildiyi bildirilib.
Xatırladaq ki, 2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri bir şəxs, iki təşkilat olub.
Belə ki, Nobel sülh mükafatı belarus hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın "Memorial" insan hüquqları təşkilatına və Ukraynanın "Centre for Civil Liberties" (Vətəndaş Azadlıqları Mərkəzi) təşkilatına verilib.