Rusiyada cüzi benzin çatışmazlığı var.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
O qeyd edib ki, hazırda Rusiyada dizel yanacağı çatışmazlığı yoxdur, lakin cüzi benzin çatışmazlığı var.
Novak vurğulayıb ki, Rusiya neft emalı zavodları təhlükəsizlik tədbirlərini gücləndirir və sabit əməliyyatları təmin etmək üçün əhəmiyyətli vəsait ayırır.
Rusiya hökumətincə energetika sahəsinə cavabdeh olan nazirin sözlərinə görə, hakimiyyət orqanları yanacaq istehsalını artırmaq üçün şirkətlərlə işləyir.