"Novaya Qazeta" qəzetinin baş redaktoru Sergey Sokolovun evində axtarış aparılır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə qəzetin redaksiyası məlumat yayıb.
Bildirilib ki, axtarışdan sonra Sokolov İstintaq Komitəsinə aparılıb.
Qeyd olunub ki, "Novaya Qazeta"nın baş redaktoru Sergey Sokolovla əlaqə 15 oktyabrda saat 12:00 radələrində, Moskva ofisində keçirməsi planlaşdırılan redaksiya iclasından bir az əvvəl kəsilib, onun telefonları söndürülüb.
Qeyd edək ki, bu il sentyabrın əvvəlində Rusiya Ədliyyə Nazirliyi "Novaya Gazeta"nı xarici agentlərin reyestrinə daxil edib.